EN

Tramp Ermənistana təzyiqə başlayır: Bakı ilə anlaşın

“Azərbaycan “İbrahim sazişləri”nə qoşulmaqla güclü təzyiq rıçaqları əldə edəcək”.

Teleqraf xəbər verir ki, bunu erməni politoloq Suren Surenyants deyib.

“Reuters”in məlumatına istinad edən ekspert bildirib ki, Donald Tramp administrasiyası Azərbaycan və bir sıra Mərkəzi Asiya ölkələri ilə onların “İbrahim sazişlərinə” daxil edilməsi üçün fəal danışıqlar aparır:

“İbrahim sazişləri” İsrail və ərəb ölkələri arasında diplomatik münasibətlərin qurulmasına yönəlmiş Amerika təşəbbüsüdür. 2020-ci ildə imzalanıb, Birləşmiş Ştatlar bu gün bu çərçivəni yeni coğrafiyaları əhatə etmək üçün genişləndirməyə çalışır”.

Surenyants qeyd edib ki, Bakının artıq İsraillə hərbi və enerji sektorunda sıx əlaqələri var, bu sazişə qoşulmaqla isə Azərbaycan Vaşinqton və Təl-Əvivlə münasibətlərində yeni təsir rıçaqları əldə edəcək:

“Bundan sonra ABŞ-dən Ermənistana təzyiqlər artacaq. İlk tələbləri də bu olacaq: Bakı ilə münasibətləri tənzimləyin. Ermənistan bunu nəzərə alaraq, yeni regional status-kvo kontekstində yarana biləcək məsələlərlə daha çox maraqlanmalıdır”.
Chosen
11
3
sherg.az

4Sources