EN

Türkiyədə aylıq inflyasiya sürətlənib

Türkiyə Statistika Təşkilatı (TÜİK) iyul ayına dair istehlakçı və istehsalçı qiymətləri ilə bağlı məlumatları (inflyasiya göstəricilərini) açıqlayıb.

Marja.az xəbər verir ki, iyul ayında ölkədə istehlak qiymətləri əvvəlki aya nisbətən 2,06% artıb.İllik artım isə 33,52% təşkil edib.

Analitiklər aylıq inflyasiyanın 2,38%, illik inflyasiyanın isə 34,10% olacağını proqnozlaşdırırdılar.

İyun ayında aylıq inflyasiya 1,37%, illik inflyasiya isə 35,05% olmuşdu.

TÜİK-in məlumatlarına görə, illik baza inflyasiya iyul ayında 34,70% olaraq qeydə alınıb.

Ən yüksək aylıq artım isə 5,78% ilə mənzil qrupunda olub. İkinci yerdə 5,69% ilə spirtli içkilər və tütün, ardınca isə 4,25% ilə rabitə gəlir. Geyim və ayaqqabıda isə 5,82% mənfi inflyasiya (deflyasiya) qeydə alınıb.

İllik artım baxımından ən yüksək göstərici 75,54% ilə təhsildə olub. Təhsil sektorunun ardınca 62,01% ilə mənzil, 37,49% ilə isə səhiyyə gəlir.

İstehsalçı qiymətləri indeksi iyul ayında iyun ayına nisbətən 1,73% artıb. İstehsalçı qiymətlərində illik artım isə 24,19% olaraq açıqlanıb.

Chosen
3
marja.az

1Sources