EN

"SOCAR Marine" Aİ sistemi çərçivəsində emissiya kvotalarının ticarətinə başlayıb

Bakı. Trend:

“SOCAR Türkiye” strukturuna daxil olan və dəniz daşımalarısahəsi üzrə ixtisaslaşmış “SOCAR Marine” Avrpopanın emissiyalarüzrə kvota ticarət sistemi (EU ETS) çərçivəsində istixana qazıemissiyalarının alışı və satışı üzrə əməliyyatlara başladığını elanedib.

Trend xəbərverir ki, şirkətin məlumatına görə, yeni təşəbbüs gəmi sahiblərinə,operatorlara və fraxt verənlərə, gəmilərin Aİ limanlarına daxilolarkən karbon emissiyalarının azaldılması ilə bağlı öhdəlikləriniyerinə yetirməkdə dəstək göstərməyə yönəlib.

Mövcud qaydalara əsasən, EU ETS-nin dənizçilik sektorundatətbiqindən sonra Avropa limanlarına daxil olan bütün gəmilərmüəyyən olunmuş emissiya limitlərinə riayət etməli və müvafiq“carbon allowance” – karbon emissiya kvotalarını əldə etməlidir.“SOCAR Marine” isə sənaye iştirakçılarına belə kvotalarınalqı-satqısı üzrə həllər təklif edərək, onların logistikaəməliyyatlarının fasiləsizliyini təmin edir.

Bundan əlavə, şirkət təqdim etdiyi xidmətlərin dairəsinigenişləndirməyi, o cümlədən, bioyanacaq ticarətini, “FuelEU”təşəbbüsü çərçivəsində xidmətlərin göstərilməsini və birgə“pooling” həllərinin təşkilini planlaşdırır ki, bu da “SOCARMarine” şirkətinin davamlı dəniz daşımaları sahəsində aparıcımövqelərini daha da möhkəmləndirəcək.

Məqalədə:
Chosen
18
az.trend.az

1Sources