EN

Rusiyanın müttəfiqləri Trampın hədəfində: Hindistandan başladı

BAKI, 4 avqust. TELEQRAF

ABŞ Prezidenti Donald Tramp gözlənilmədən Hindistanı Rusiyanı cilovlamaq siyasətinin əsas hədəfinə çevirib. Ukraynadakı müharibə kontekstində Kremlə təzyiqə başlayan Amerika lideri Moskva ilə sıx əlaqələrə görə Dehlini kəskin tənqid edərək, yeni iqtisadi sanksiyalar elan edib.

Teleqraf xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.

Agentliyin fikrincə, Trampın Hindistana qarşı ritorikasının dəyişməsi heyrətləndiricidir. Keçən həftə ABŞ prezidenti lideri bildirmişdi ki, Hindistan və Rusiya ölmüş iqtisadiyyatlarını birlikdə məhv edə bilərlər.

Məqalədə qeyd edilir ki, bu, ABŞ-nin uzun müddətdir Hindistanla inkişaf etdirməyə çalışdığı münasibətlərdə dönüş nöqtəsi olub. Vaşinqton Hindistanı Çinin artan gücünə qarşı çəkindirici vasitə hesab edir.

“Bloomberg” yazır: “Hücum illər boyu Hindistanın Rusiya ilə sıx tarixi əlaqələrinə məhəl qoymayan, onu Asiyada Çinə qarşı çəkindirici vasitə kimi cəlb etməyə çalışan ABŞ üçün heyrətamiz ton dəyişikliyi oldu”.

Hindistan Xarici İşlər Nazirliyinin sözçüsü Randxir Caysval bundan sonra Moskva ilə strateji tərəfdaşlığın dəyişməz qaldığını açıqlayıb: “Müxtəlif ölkələrlə ikitərəfli münasibətlərimizin öz dəyəri var və üçüncü ölkə prizmasından baxılmamalıdır”.

Diplomatik təzyiqlə yanaşı, Tramp Hindistana qarşı iqtisadi tədbirlər də açıqlayıb: avqustun 1-dən ABŞ Hindistan mallarının idxalına 25 faizlik rüsum tətbiq edir. ABŞ lideri Ukraynada ölüm faktlarını nəzərə alaraq Rusiyadan silah və neft alışını “qəbuledilməz” adlandıraraq, mümkün sanksiyalardan bəhs edib.

Qeyd edək ki, Ağ Ev son olaraq bu gün Hindistanı Ukrayna ilə müharibədə Rusiyanı maliyyələşdirməkdə ittiham edib.

Chosen
12
teleqraf.com

1Sources