2025-ci ilin iyul ayının 1-nə Azərbaycanda manatla yeni verilmiş kreditlərin orta faiz dərəcəsi 18,45% təşkil edib.
Finss.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, milli valyutada verilən kreditlərin orta faizi əvvəlki aya nisbətən 0,45 faiz bəndi azalıb, lakin 2024-cü ilin iyul ayı ilə müqayisədə 3,42 faiz bəndi yüksəlib.
Xarici valyutada yeni verilmiş kreditlərin orta faiz dərəcəsi isə 6,35% olub. Bu göstərici əvvəlki aya nisbətən 0,24 faiz bəndi aşağıdır, amma illik müqayisədə 0,43 faiz bəndi çoxdur.
2025-ci ilin iyun ayında bankların kredit portfeli 0,3% artaraq 28,472 milyard manata çatıb. Artım 85,6 milyon manat təşkil edib.
Fuad Mədətov
Finss.az