EN

Azərbaycanın Qızılbaş mədəniyyəti Torontoda nümayiş olundu FOTO

Modern.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Qızılbaş Qlobal İrsi Təşkilatı (QQİT) Kanadanın Toronto şəhərində yüksək səviyyəli mədəni nahar tədbiri keçirib.

Tədbirin əsas məqsədi Azərbaycanın tarixi və mədəni irsini, xüsusilə Qızılbaş icmasının qədim köklərini dünya ictimaiyyətinə tanıtmaqdır.

Modern.az xəbər verir ki, tədbirə Kanadanın federal naziri, parlament üzvləri, senatorlar, Azərbaycanın Kanadadakı səfiri, diplomatlar, tanınmış həkimlər və Azərbaycan-Türkiyə diasporasının nüfuzlu nümayəndələri qatılıb.

QQİT-nin sədr müavini Dr. Arşi Qızılbaş çıxışında Qızılbaş icmasının Azərbaycan torpaqlarında formalaşmış dərin tarixi və mədəni irsindən danışıb. O, təşkilatın əsas məqsədinin qlobal Qızılbaş icmalarını birləşdirmək və onların mədəni kimliyini beynəlxalq səviyyədə təbliğ etmək olduğunu bildirib. Eyni zamanda təşkilatın BMT daxil olmaqla bir sıra beynəlxalq qurumlarda rəsmi tanınma istiqamətində fəal fəaliyyət göstərdiyini qeyd edib.

Tədbir zamanı müasir Azərbaycanın inkişafını və zəngin mədəniyyətini əks etdirən təqdimat videosu nümayiş etdirilib. Ardınca ənənəvi Azərbaycan rəqsləri nümayiş olunub.

Tədbir iştirakçıları Qızılbaş irsi və Azərbaycanın bu mədəniyyətin doğma məkanı olması haqqında təqdim edilən məlumatlara böyük maraq göstərib və daha dolğun anlayış əldə ediblər.

Tədbirlə bağlı məlumat Qızılbaş Qlobal İrsi Təşkilatının sədri Babək Hüseynli tərəfindən yerli və beynəlxalq media orqanlarına təqdim olunub. Babək Hüseynli tədbirin Azərbaycan mədəniyyətinin və Qızılbaş irsinin dünya miqyasında tanıdılması baxımından önəmli olduğunu vurğulayıb. O, təşkilatın bu mirası gələcək nəsillərə çatdırmaq, beynəlxalq platformalarda təbliğ etmək və Qızılbaş icmalarını vahid dəyərlər ətrafında birləşdirmək istiqamətində fəaliyyətini davam etdirəcəyini qeyd edib.

Bu tədbir həm də mədəni diplomatiyanın gücləndirilməsi, Azərbaycanın beynəlxalq nüfuzunun artırılması və Qızılbaş mədəniyyətinin qorunub saxlanması baxımından mühüm hadisə kimi dəyərləndirilir.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
2
1
modern.az

2Sources