EN

Elçin Əfəndiyevlə vida mərasimi keçirilir - FOTO

Xalq yazıçısı Elçin Əfəndiyev ilə vida mərasimi keçirilir.

Gundem.az Trend-ə istinadən bildirir ki, vida mərasimi Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrında keçirilir.

Mərasimdə mədəniyyət nazirinin müavinləri, deputatlar, ölkənin ədəbi-ictimai xadimləri, media mənsubları iştirak edirlər.

Qeyd edək ki, görkəmli yazıçı, nasir, dramaturq, tənqidçi, ədəbiyyatşünas, filologiya elmləri doktoru, professor, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan Respublikasının Xalq yazıçısı (1998), "İstiqlal" ordenli (2003), dövlət və ictimai xadim Elçin Əfəndiyev 2025-ci il avqustun 3-də, ömrünün 82-ci ilində vəfat edib.

Xəbər yenilənəcək

Chosen
55
5
gundem.az

10Sources