EN

Çin Qərb müdafiə şirkətlərinə nadir torpaq tədarükünü təxirə salıb

Çin Qərb müdafiə istehsalçılarına kritik mineralların tədarükünü məhdudlaşdırır və hasilatı gecikdirir.

Bakues.az “The Wall Street Journal”a istinadən xəbər verir ki, Çinin Qərb hərbi-sənaye kompleksi müəssisələrinə nadir torpaq metallarının tədarükünə tətbiq etdiyi məhdudiyyətlər onları təcili olaraq bu xammalın alternativ mənbələri axtarmağa vadar edir.

Çin Qərb müdafiə şirkətlərini güllələrdən tutmuş döyüş təyyarələrinə qədər hər şeyi hazırlamaq üçün lazım olan mineralların tədarükü üçün dünyanı gəzməyə məcbur edir. Belə ki, bu ilin əvvəlində Pekin ABŞ və Çin arasında artan ticarət gərginliyi fonunda nadir torpaq metallarının ixracına nəzarəti gücləndirib.

Nəşr qeyd edir ki, ABŞ prezidenti Donald Tramp bəzi ticarət güzəştlərinə razılıq verdikdən sonra Çin məhdudiyyətləri bir qədər yüngülləşdirib, lakin müdafiə məqsədləri üçün kritik minerallara nəzarəti saxlayıb.

Xatırladaq ki, Çin dünyanın nadir torpaq metallarına olan tələbatının təxminən 90%-ni təmin edir və bir çox digər vacib mineralların istehsalında üstünlük təşkil edir.

Asim

Chosen
22
icma.az

1Sources