EN

Bakı və Astana balıq, bal və arıçılıq məhsullarının ixracı üçün baytarlıq sertifikatlarının formalarını razılaşdırıb

Bakı və Astana Qazaxıstandan Azərbaycana balıq və balıq məhsulları, həmçinin bal və digər arıçılıq məhsullarının ixracı üçün baytarlıq sertifikatlarının formasını razılaşdırıb.

“Report”un Qazaxıstan bürosu ölkənin Kənd Təsərrüfatı Nazirliyinə istinadən xəbər verir ki, razılaşma baytarlıq sahəsində ikitərəfli əməkdaşlığı gücləndirmək məqsədilə əldə edilib.

Sertifikatlar iki ölkənin səlahiyyətli baytarlıq xidmətləri arasında aparılan rəsmi danışıqlar zamanı hazırlanıb və razılaşdırılıb.

"Bu addım heyvan mənşəli məhsulların baytarlıq-sanitariya təhlükəsizliyinin təmin edilməsi məqsədilə həyata keçirilən birgə işin nəticəsidir və dövlətlər arasında yüksək etimad və qarşılıqlı fəaliyyətin göstəricisidir.

Baytarlıq sertifikatlarının formalarının razılaşdırılması qazaxıstanlı istehsalçılar üçün yeni imkanlar açır və Azərbaycanın perspektivli bazarına çıxmağa kömək edir", - məlumatda qeyd olunub.

Chosen
17
report.az

1Sources