EN

Azərbaycana süd və qaymaq idxalı 21,7% artıb

2025-ci ilin yanvar-iyun aylarında Azərbaycana ümumilikdə 8 min 38 ton süd və qaymaq idxal olunub.

Finss.az Dövlət Gömrük Komitəsinin məlumatına əsasən xəbər verir ki, bu məhsulların idxalına 13,1 milyon ABŞ dolları həcmində vəsait sərf edilib. Ötən ilin eyni dövrü ilə müqayisədə idxal həcmi miqdar baxımından 1 434 ton və ya 21,7 faiz, dəyər baxımından isə 2,8 milyon dollar və ya 27,2 faiz artıb.

2024-cü ilin ilk altı ayında ölkəyə 6 min 604 ton süd və qaymaq idxal edilmiş, bu məhsulların dəyəri isə 10,3 milyon dollar təşkil etmişdi.

Hesabat dövründə süd və qaymaq məhsullarının ümumi idxalda payı 0,11 faiz olub.

Qeyd edək ki, 2025-ci ilin birinci yarısında Azərbaycanın xarici ticarət dövriyyəsi 24,4 milyard ABŞ dollarına çatıb. Bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 2,632 milyard dollar və ya 12,1 faiz çoxdur.

Ticarət dövriyyəsinin 12,878 milyard dolları ixracın, 11,522 milyard dolları isə idxalın payına düşüb. Bir il ərzində ixrac həcmi 0,2 faiz azalsa da, idxalda 29,9 faizlik artım qeydə alınıb.

Nəticədə xarici ticarət balansında 1,356 milyard dollar məbləğində müsbət saldo formalaşıb. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 2,677 milyard dollar və ya təxminən 3 dəfə azdır.

Fuad Mədətov
Finss.az

Chosen
12
50
fins.az

10Sources