Misli Premyer Liqasında son dörd mövsümün tamaşaçı sayı açıqlanıb.

Offsideplus.az xəbər verir ki, 2021/2022 mövsümündə 112 oyunda ümumilikdə 89 010 azarkeş matçları tribunadan izləyib. Ortalama hər oyuna 705 azarkeş gəlib.

Bu barədə Peşəkar Futbol Liqası məlumat yayıb.

2022/2023 mövsümündə bu rəqəm 261 564 (orta göstərici 1453), 2023/2024 mövsümündə 276 487 (1536), 2024/2025 mövsümündə isə 275 933-ə (1533) çatıb. Hər üç mövsümdə 180 qarşılaşma baş tutub.

Qeyd edək ki, Azərbaycan çempionatında yeni mövsüm avqustun 15-də başlayacaq