Kiyev Rusiyanın nüvə sualtı qayığı “Knyaz Pojarski”nin gizli sənədlərini ələ keçirib.
Referans xəbər verir ki, Ukrayna Müdafiə Nazirliyinin Kəşfiyyat Baş İdarəsi (ГУР) Rusiyanın ən müasir strateji atom sualtı qayığı
K-555 “Knyaz Pojarski” (955A “Borey-A” layihəsi) ilə bağlı mühüm daxili sənədləri yayıb.
Açıq olunan materiallara ekipaj üçün döyüş təlimatları, gəminin idarəetmə sxemləri, mühəndis sənədləri, zədələnmiş radiobuoyla
bağlı akt, hermetikləşmə planları, döyüş növbətçiliyi qrafiki və heyətin fiziki hazırlıq göstəriciləri, vəzifələri və ixtisasları üzrə
siyahılar daxildir.
GUR-un məlumatına görə, bu sənədlər “Knyaz Pojarski”yə aid olmaqla yanaşı, eyni layihəyə əsaslanan digər “Borey-A” sinfi sualtı
qayıqların texniki xüsusiyyətləri və zəif tərəflərini də üzə çıxarır.
Qayıq 16 ədəd “Bulava” ballistik raketlə təchiz olunub və hər bir raket bir neçə nüvə başlığı daşıya bilir.
Bu məlumatlar Ukrayna üçün Rusiyanın strateji nüvə qüvvələrində kritik zəifliklərdən istifadə etmək imkanı
yaradır./Musavat.com