EN

Türkiyə prezidenti Ukraynaya səfər edəcək

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ukraynaya səfər edəcək.

Oxu.Az xəbər verir ki, bu barədə Ukraynanın Türkiyədəki səfiri Neriman Celal “RBC-Ukrayna”ya müsahibəsində məlumat verib.

Onun sözlərinə görə, hazırda Ukrayna tərəfi Türkiyə prezidentinin Kiyevə səfərinin təşkili üçün fəal iş aparır.

“Kiyevdə aparılacaq danışıqların əsas mövzusu iki ölkə arasında azad ticarət sazişinin ratifikasiyası ola bilər”, – deyə Neriman Celal vurğulayıb.

Diplomat səfərin konkret tarixi haqqında məlumat verməyib.

Chosen
23
editor.az

1Sources