EN

Bu klubda ara qarışdı: Qadın fanat komandanın 4 futbolçusu ilə münasibətdə olub

Braziliyada futbol tarixində ən qalmaqallı hadisələrdən biri yaşanır.

Publika.az xəbər verir ki, qalmaqalın mərkəzində isə "İnternasional" azarkeşi olan cəlbedici bir qadın var. İddialara görə, o, eyni anda klubun dörd futbolçusu ilə münasibətdə olub. Həmin futbolçular arasında "Seltik"in sabiq müdafiəçisi Aleksandro Bernabey də yer alır.

Hekayə həmin qadının – nüfuzlu bir iş adamının qızının – vəziyyətdən şübhələnməsi ilə başlayıb. O, bəzi adların, görüş məkanlarının və davranışların təkrarlanmasından sonra vəziyyətin fərqinə varıb və nəhayət, həqiqəti öyrənib. Məlum olub ki, bu münasibətlər "Instagram"da yoxa çıxan mesajlar vasitəsilə, benzin doldurma məntəqələrində görüşlərlə və Bernabeyə məxsus "Amarok V6" pikapının arxa oturacağında keçirilən gecələrlə davam edib.

Lakin itən yazışmaların skrinşotları nədənsə Bernabeyin həyat yoldaşına çatıb və bundan sonra hər şey alt-üst olub. Qəzəbli qadın bu məsələni gizli saxlamayıb və qalmaqal tezliklə sosial şəbəkələrə sızıb. Bildirilir ki, komanda daxilindəki ab-hava dərhal pozulub, qarşılıqlı inam yoxa çıxıb və futbolçulardan biri artıq transfer olunmaq istədiyini bildirib.

Chosen
7
publika.az

1Sources