EN

Arvadını bıçaqla susduran kişiyə ağır cəza verildi - AİLƏ DRAMI

  Bakı Ağır Cinayətlər Məhkəməsində Hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə Həsənbala Rəhimovun cinayət işi üzrə

məhkəmə istintaqı yekunlaşıb.

Referans xəbər verir ki, Həsənbala Rəhimov ötən il həyat yoldaşını qətlə yetirib.

Prosesdə dövlət ittihamçısı çıxış edərək müttəhimin törətdiyi əməli xüsusilə ağır cinayət kateqoriyasına aid edib. Dövlət

ittihamçısı müttəhimin 17 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Müttəhim Həsənbala Rəhimov məhkəmədə son söz deyib, çıxışında barəsində ədalətli qərar verilməsini xahiş edib.

Məhkəmə qısa müşavirədən sonra hökmü elan edib. Hökmə əsasən, Həsənbala Rəhimov Cinayət Məcəlləsinin 120.2.4-cü

(xüsusi amansızlıqla adam öldürmə) maddəsi ilə təqsirli bilinərək 15 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, 2024-cü il avqustun 17-də saat 15 radələrində Sabunçu rayonu ərazisində 1970-ci il təvəllüdlü Ceyran Rəhimova

qətlə yetirilib. Qətllə bağlı rayon prokurorluğunda araşdırmalar başlanıb. Keçirilən əməliyyat-istintaq tədbirləri nəticəsində məlum

olub ki, qadını həyat yoldaşı - 1968-ci il təvəllüdlü Həsənbala Rəhimov qətlə yetirib. İstintaqla qətlin ər-arvad arasında baş vermiş

mübahisə əsnasında baş verdiyi, nəticədə Həsənbala Rəhimovun bıçaqla həyat yoldaşına çoxsaylı xəsarətlər yetirərək həyatına

son qoyduğu müəyyən olunub.

Cinayətdən dərhal sonra Həsənbala Rəhimov hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılaraq istintaq

orqanına təhvil verilib. Faktla bağlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla adam

öldürmə) maddəsi ilə cinayət işi başlanıb, Həsənbala Rəhimova ittiham elan olunub./Musavat.com

Chosen
1
2
referans.az

3Sources