EN

Yəmən sahillərində gəminin batması nəticəsində ölənlərin sayı 76-ya çatıb

Yəmən sahillərində miqrant gəmisinin batması nəticəsində ölənlərin sayı 76 nəfərə çatıb.

APA AFP-yə istinadən xəbər verir ki, xilasedicilər 32 nəfəri xilas edib.

Gəmidə ümumilikdə 157 nəfər sərnişin olub ki, onların əksəriyyəti efiopiyalı olub.

Qeyd edək ki, Yəmən Afrika ölkələrindən, xüsusilə Efiopiya və Somalidən olan qeyri-qanuni miqrantlar üçün tranzit məntəqəsi hesab olunur.

Chosen
26
1
apa.az

2Sources