EN

Portuqaliyada istilər can alır

Portuqaliya Səhiyyə Baş İdarəsinin verdiyi məlumata görə, ölkədə son bir həftə ərzində baş verən həddindən artıq istilər nəticəsində 264 nəfər həyatını itirib.

"Cebheinfo.az" xəbər verir ki, istilər əsasən xroniki xəstəlikləri olan şəxslərdə və 75 yaşdan yuxarı insanlarda ölüm hallarına səbəb olub.

Portuqaliya hökuməti isə 3-7 avqust tarixlərində ölkə miqyasında təsirli olacağı gözlənilən yeni isti hava dalğası səbəbilə başda meşə yanğınları riski olmaqla “həyəcan vəziyyəti” elan edib.

Daxili İşlər Nazirliyi isə “Gələn həftə çətin olacaq” açıqlamasını verib.Avropada hava temperaturunun artması ilə birlikdə soyuq içkilərə tələbat da artıb. Lakin İngiltərə Qida Standartları Agentliyi vacib bir xəbərdarlıq edib.Bildirilib ki, 7 yaşdan kiçik uşaqlar xüsusilə qliserol tərkibli aromatlaşdırılmış dondurulmuş içkilərdən istifadə etməməlidir. Qliserol maddəsinin uşaqlarda ürəkbulanma, baş ağrısı, hipoqlisemiya (qan şəkərinin düşməsi), şok və şüur itkisi kimi ciddi sağlamlıq problemlərinə səbəb olduğu məlumdur.

Chosen
1
1
cebheinfo.az

2Sources