Xankəndi. Trend:
Azad edilən ərazilərdə iqtisadiyyatın bərpası, iqtisadifəaliyyət və məşğulluğun təmin edilməsi istiqamətində də mühümnəticələr əldə edilib.
Trend xəbərverir ki, bunu Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarındaAzərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi ElçinYusubov Xankəndidə keçirilən Diaspor Gənclərinin VI YayDüşərgəsinin açılış mərasimində deyib.
E.Yusubov bildirib ki, ərazi üzrə ümumilikdə 506 obyektinicarəyə verilməsi təmin edilib:
“Xankəndidə 374, Ağdərədə 25 və Xocalıda 73 obyekt. Bunlardan351-i (Xankəndi - 253, Ağdərə - 25 və Xocalı - 73) fəaliyyətəbaşlayıb. Digərlərində investorlar tərəfindən fəaliyyətə hazırlıqişləri gedir. Hazırkı dövrədək ərazidə investorlar tərəfindən 60milyon manatdan çox investisiyanın reallaşdırılması baş tutub”.
O qeyd edib ki, fəaliyyətə başlayan obyektlər üzrə 2 mindən çoxşəxs işlə təmin edilib.
“Mövcud müqavilələr üzrə digər obyektlər fəaliyyətə başladığındaiş yerlərinin sayı 5 minə yaxın olacaq”, - deyə o qeyd edib.