EN

Avstraliyada 10 ildə bir ilk - Bu ərazilərə qar yağdı

Avstraliyanın Yeni Cənubi Uels (NSW) və Kvinslend ştatlarına son 10 ildə ilk dəfə qar yağıb.


Manset.az xarici mediaya istinadən xəbər verir ki, Qar və fırtına nəticəsində yüzdən çox avtomobil yolda qalıb, minlərlə evin elektrik enerjisi kəsilib.

Avstraliya Meteorologiya Bürosunun meteoroloqu Miriam Bredberi, Yeni Cənubi Uelsdə qarın qalınlığının 40 santimetrə çatdığını və bu ölçünün 1980-ci illərdən bəri ən yüksək hədd olduğunu bildirib. Bredberi həmçinin, son 10 ildə bu bölgələrdə qar yağışının qeydə alınmadığını vurğulayıb.

Hazırda vəziyyətin düzəlməsi üçün təcili tədbirlər görülür.

Chosen
4
manset.az

1Sources