EN

Dövlət sektorunun idxal payı bir ildə 2 dəfə artıb

2025-ci ilin yanvar-iyun aylarında Azərbaycana idxal edilən məhsulların ümumi dəyəri 11,5 milyard ABŞ dolları olub.

Finss.az Dövlət Gömrük Komitəsinin məlumatına əsasən xəbər verir ki, dövlət sektorunun idxaldakı payı 4,1 milyard dollar təşkil edib. Bu göstərici əvvəlki ilin eyni dövrü ilə müqayisədə 2,1 milyard dollar və ya 2 dəfə artıb.

2024-cü ilin ilk yarısında Azərbaycana ümumilikdə 8,9 milyard dollar dəyərində məhsul idxal edilmişdi ki, dövlət sektorunun payı 2 milyard dollar idi.

Hesabat dövründə dövlət sektoru idxal əməliyyatlarının ümumi idxalın 35,88%-ni təşkil edib.

Qeyd olunur ki, 2025-ci ilin ilk yarısında Azərbaycan xarici ölkələrlə 24,4 milyard dollar dəyərində ticarət dövriyyəsi aparıb ki, bu da ötən ilin eyni dövrünə nisbətən 2,632 milyard dollar və ya 12,1% çoxdur.

Xarici ticarət dövriyyəsində ixrac 12,878 milyard, idxal isə 11,522 milyard dollar təşkil edib. Son bir ildə ixrac 0,2% azalsa da, idxal 29,9% artıb.

Nəticədə, xarici ticarətdə 1,356 milyard dollar müsbət saldo yaranıb ki, bu da illik müqayisədə 2,677 milyard dollar və ya üç dəfə azdır.

Fuad Mədətov
Finss.az

Chosen
5
50
fins.az

10Sources