EN

Serbiyada çevriliş cəhdi iddiası ölkəni alt üst etdi Xalq aksiyalara başladı

Azxeber.com portalından verilən məlumata əsasən, ain.az bildirir.

Serbiyada son həftələrdə baş verən etiraz aksiyaları, həbslər və korrupsiya araşdırmalarından sonra "çevriliş hazırlığı” iddiaları gündəmi alt-üst edib.

AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, Prezident Aleksandar Vučić həyəcan təbili çalaraq hadisələrin arxasında xarici dəstəkli strukturların olduğunu iddia edib.

Təhlükəsizlik Şurası təcili toplanıb və məhkəmə, polis orqanlarının xadimləri paralel strukturla bağlı iddialarda iştirak ediblər.

Vuçiç zorakılığa təhrik edən qrupların bəzilərinin xarici aktorlardan dəstək aldığını qeyd edərək, "Biz zorakılıq yolu ilə dövlət qurumlarını ələ keçirməklə hədələyən qruplara qarşı mübarizə aparırıq”- deyib.

Keçmiş ticarət naziri Tomislav Momiroviçin avqustun 1-də saxlanması ilə böhran daha da dərinləşib.

Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Prokurorluğu Momiroviç, keçmiş nəqliyyat naziri Qoran Vesiç, onun müavini Anita Dimoski, keçmiş dəmiryol meneceri Neboyşa Şurlan və hazırkı direktor Slobodanka Kataniçlə birlikdə dövlətə 115 milyon dollardan çox ziyan vurmaqda təhqiqata başladığını açıqlayıb.

Prokurorluğun məlumatına görə, əməliyyat maliyyə axınlarına nəzarət edən xüsusi istintaq qrupu tərəfindən əlaqələndirilib.

Bununla belə, ictimaiyyətdə bu əməliyyatın siyasi hesabları həll etmək və hakimiyyəti alt-üst etmək cəhdi olduğuna dair ciddi iddialar var.

Mikayıl

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
13
1
azxeber.com

2Sources