EN

Gərginlik artır: Tramp Rusiyaya nüvə sualtı qayıqlarının yerləşdirildiyini təsdiqlədi

ABŞ prezidenti Donald Tramp Rusiyanın keçmiş prezidenti Dmitri Medvedevin nüvə məsələsi ilə bağlı açıqlamalarından sonra iki nüvə sualtı qayığının “lazım olan yerə” yerləşdirildiyini açıqlayıb.

Sitat.info xarici mediaya istinadən xəbər verir ki, “The Hill” qəzetinin məlumatına görə, Tramp Vaşinqtona səfərindən əvvəl jurnalistlərin suallarını cavablandırıb.

Medvedevin nüvə məsələsi ilə bağlı açıqlamalarından sonra Tramp “hazır olmalıyıq” deyib və  jurnalistlərin sualına cavabında “Sualtı qayıqlar bölgədə, olması lazım olan yerdədir” deyə cavab verib.

Tramp həmçinin Yaxın Şərq üzrə xüsusi nümayəndə Stiv Vitkoffun yaxın günlərdə Rusiyaya səfər edəcəyini və Ukraynadakı müharibə səbəbindən Moskva administrasiyasına qarşı yeni sanksiyaların planlaşdırıldığını bildirib.

Xatırladaq ki, Rusiyanın keçmiş prezidenti Medvedev iyulun 28-də verdiyi açıqlamada Vaşinqtonun siyasətinin “Rusiya ilə ABŞ arasında daha geniş münaqişəyə səbəb ola biləcəyini” iddia edərək, Trampı tənqid atəşinə tutub.

"50 gün və ya 10 gün... Tramp iki şeyi yadda saxlamalıdır: 1. Bu, Rusiya, İsrail və ya İran deyil. 2. Hər yeni ultimatum təhdiddir və müharibəyə doğru bir addımdır. Rusiya ilə Ukrayna arasında deyil, öz ölkəsi ilə Rusiya arasında- Medvedev X hesabında verdiyi açıqlamada belə demişdi. 

İyulun 31-də verdiyi açıqlamada ABŞ prezidenti Tramp Medvedevin bəyanatlarına cavab olaraq "iki nüvə sualtı qayığının müvafiq ərazilərə yerləşdirilməsinə" göstəriş verdiyini açıqladı.

Tramp açıqlamasında “Rusiya Federasiyası Təhlükəsizlik Şurasının sədr müavini olmuş keçmiş Rusiya prezidenti Dmitri Medvedevin son dərəcə təxribat xarakterli açıqlamalarından sonra iki nüvə sualtı qayığının müvafiq ərazilərə göndərilməsi əmrini verdim” demişdi. 

 Tehran,

Sitat.info 

Chosen
3
3
sitat.info

4Sources