Cebheinfo portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.
İctimai nəqliyyatdan kütləvi şəkildə istifadə olunması bu istiqamətdə bir sıra güzəştlərin olmasına zərurət yaradır.
Belə ki, bir sıra ölkələrdə tələbələr, müharibə veteranları, əlillər ictimai nəqliyyatdan pulsuz istifadə edir və bu məqsədlə onlar müvafiq kartlarla təmin olunurlar.
Ölkəmizdə isə hazırda bu sahədə heç bir dəyişik yoxdur və adıçəkilən kateqoriyaya mənsub şəxslər də ictimai nəqliyyatdan ödənişli istifadə edirlər.
Bəs şəhid ailəsi və Qarabağ əlillərinin ictimai nəqliyyatdan pulsuz istifadəsi tətbiq oluna bilərmi?
Məsələ ilə bağlı millət vəkili Azər Badamov “Cebheinfo.az”-a bildirib ki, şəhid ailələri və Qarabağ müharibəsi əlillərinin sosial müdafiəsi daima dövlətin diqqətindədir:
“Ona görə də pensiyalar və müavinətlər mütəmadi olaraq artırılır, onlar pulsuz reabilitasiya tədbirlərinə cəlb olunmaqla müxtəlif şəkildə dəstək tədbirləri davam etdirilir.
İctimai nəqliyyatdan pulsuz istifadə haqqını ilk növbədə tələbələr üçün tətbiq edilməli olduğunu hesab edirəm. Çünki tələbələrin gəlir yerləri yoxdur və onlar hər gün ictimai nəliyyatdan istifadə etməyə məcburdurlar.
Bir çox ölkələrdə tələbələrə ictimai nəqliyyatdan istidadə kartları verirlər. Biz də tələbələrə belə bir dəstək versək tələbələri ictimai nəqliyyatdan istifadə olunmasında böyük bir çətinlikdən azad etmiş olarıq”.
Nigar Abdullayeva
“Cebheinfo.az”
Açar sözlər:
Tələbələr pulsuz gediş
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.