“Barselona”nın sabiq futbolçusu Lük de Yonq rəsmən “Portu”nun oyunçusu olub. Msport.az xəbər verir ki, niderlandlı hücumçu Portuqaliya klubuna PSV-dən keçib.
34 yaşlı forvard yeni komandasında 26 nömrəli formada çıxış edəcək.
Lük de Yonqla müqavilə mövsümün sonuna qədər nəzərdə tutulub.
O, karyerası ərzində “Tvente”, “Nyukasl”, PSV, Münhenqladbax “Borussiya”sı, “Sevilya” və “Barselona” kimi klublarda oynayıb.
De Yonq 2011- 2023-cü illərdə Niderland millisinin formasını geyinib.