EN

Qusman Xalq yazıçısı Elçin Əfəndiyevlə vida mərasimində - YENİLƏNİB - VİDEO

Xalq yazıçısı Elçin Əfəndiyevlə Milli Gənc Tamaşıçılar Teatrında vida mərasimi keçirilib.

Paralel.az xəbər verir ki, mərasimdə Baş nazir Əli Əsədov və müavinləri, mədəniyyət nazirinin müavinləri, Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar, deputatlar, ölkənin ədəbi-ictimai xadimləri və media mənsubları iştirak ediblər.

***

Rusiyanın xəbər agentliyindəki vəzifəsindən azad edilməsi ilə bağlı gündəmə gələn Mixail Qusman Xalq yazıçısı Elçin Əfəndiyevlə vida mərasimində iştirak edib.

Paralel.az xəbər verir ki, bununla bağlı görüntülər sosial şəbəkələrdə yayılıb.

Xatırladaq ki, Mixail Qusman ötən ayın axırları TASS-ın baş direktorunun birinci müavini vəzifəsindən azad edilib. Müvafiq sərəncamı Rusiyanın baş naziri Mixail Mişustin imzalayıb.

Qeyd edək ki, Baş nazir Əli Əsədov, iqtisadiyyat naziri Mikayıl Cabbarov, Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov, Dövlət İmtahan Mərkəzinin rəhbəri Məleykə Abbaszadə, ADA Universitetinin rektoru Hafiz Paşayev və digər rəsmilər də vida mərasimində iştirak ediblər.

***

Xalq yazıçısı Elçin Əfəndiyevlə Milli Gənc Tamaşıçılar Teatrında vida mərasimi keçirilir.

Paralel.az xəbər verir ki, mərasimdə mədəniyyət nazirinin müavinləri, deputatlar, ölkənin ədəbi-ictimai xadimləri, media mənsubları iştirak edirlər.

Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva Xalq yazıçısı Elçin Əfəndiyevlə vida mərasiminə əklil göndəriblər.

Chosen
56
50
paralel.az

10Sources