EN

Ruslaşdırılan qədim Türk şəhərləri

Rusiya dövlət informasiya agentliyi TASS-ın Xankəndi şəhərini “Stepanakert” adlandırmasından sonra Azərbaycan tərəfinin cavabı çox möhtəşəm oldu. Kalininqrad (Köniqsberq), Orenburq (Orınbor), Volqoqrad (Sarısu), Qroznı (Solja-Qala), Novorossiysk (Sudjuk-Kale), Yujno-Saxalinsk (Toyoxara), Yujno-Kurilsk (Furukamappu), Petrozavodsk (Petroskoy), İjevsk (İjkar), Volqa çayı (İtil) kimi qeyd edən AZƏRTACA dəstək olaraq Rusiyanın adlarını dəyişdiyi türk şəhərləri barədə kiçik bir araşdırma aparmaq qərarına gəldim.
Rusiya şəhərlərinin adları türk kökündən gəlir. Kazan, Tümen, Ufa, Azov, Yenisey, Həştərxan. Bu şəhərlərin adları türk dillərindən gəlir və türk xalqlarının Rusiya ərazisində tarixi mövcudluğunu əks etdirir.
1) Samara: Samara Samar və Hamar kimi tarixi mənbələrdə qeyd edilir.
Rusiyanın tarixi İdel-Ural bölgəsində yerləşən doqquzuncu ən böyük şəhəridir. Samar barədə ilk dəfə 1367-ci ilin Volqa xəritəsində Venesiya tacirləri Françesko və Domeniko Pizziqano tərəfindən qeyd edilmişdir ki, bu da o deməkdir ki, bu yaşayış məntəqəsi rus qoşunları tərəfindən tutulmazdan əvvəl həmin dövrdə bu ərazidə Qızıl Orda mövcud idi. Samar çayının adı ilk dəfə səyyah Əhməd ibn Fədlanın qeydlərində “Samur” kimi çəkilmişdir. Böyük alman dilçisi, lüğətşünası, rus əsilli slavyan və balkanşünas Maks Vasmer tatar, çağatay, çuvaş “samar” – torba, kasa kimi misal gətirərək adın türk qrupunun dillərindən gəldiyini yazmışdır.
2) Çelyabinsk: Yevgeni Pospelovun redaktoru olduğu “Dünyanın coğrafi adları” toponimik lüğətinə əsasən, adı türkcə Çələbi (əsilzadə) azərbaycanca Çələbi, özbəkcə Çalabi, Çələbi və s. kimi tarixi mənbələrdə yazılır.
Əhalisinin sayına görə Rusiyanın yeddinci ən böyük şəhəridir. Ural və Sibirin geoloji sərhəddində, Ural dağlarının şərq yamacında yerləşir. Çələbi qalası 1736-cı ildə Başqırd kəndinin yerində qurulmuşdur. 13 sentyabr 1736-cı ildə polkovnik Tevkelev Kutlu-Məhəmməd tərəfindən təsis edilmişdir. Qala tikintisi planlaşdırılan torpağın sahibi – başqırd tarxanı Taimas Şaimovun razılığı ilə qurulmuşdur.
3) Omsk: Türk dilinin Qazax ləhcəsində Omby, tatar ləhcəsində Umby kimi tarixi mənbələrdə adı qeyd edilir. Rusiyanın ən böyük şəhərlərindən biridir. Artıq III-IV əsrlərdə indiki Omsk ərazisi hunnu türk xalqlarının yaşayış məskənləri olmuşdur. Şəhər adını üzərində dayandığı Om çayından almışdır. Çayın adı isə türkcə “om” – “sakit” sözündəndur.
4) Saratov: Türk dilinin tatar və qazax ləhcəsində Sarıtau, çuvaş ləhcəsində Sarătu) kimi tarixi mənbələrdə qeyd edilir. Türkcə “sarı tau” – “sarı dağ”dan almışdır. Dağıdılmış Qızıl Orda şəhəri Ukek yerində salınıb. Alimlər Ukekin yaradılmasını 12-ci əsrin 50-ci illərinə aid edirlər. Ukek haqqında ilk qeyd Venesiya taciri Marko Polonun kitabındadır. O, 1262-ci ildə venesiyalıların bu şəhərə səfərindən bəhs edir.
5) Barnaul: Sibir xanı Barn adından və “aul” ( kənd, qəsəbə) sözündən gəlir. Tomsk Universtitetinin professoru A.P.Dulzon şəhərin adının iki qədim türk sözündən ibarət olduğunu təsdiq edir. Bu toponimin ilkin forması “Boronul”dur, burada “boro” bir çox türk və monqol dillərində “qurd” sözünə qayıdır, türk dillərində “ul” isə “çay” deməkdir. Beləliklə, “Barnaul” “qurd çayı” və ya ola bilsin ki, “qurd gölü”dür.
6) Kemerovo: Türk ləhcələrində Kömör və Kəmər kimi qeyd edilir. Türkcə “kemer” sözü ilə bağlıdır – Türkiyədə Kəmər şəhəri də var və bu birdaha sözün türk dili olmasını sübut edir.
7) Orenburq: Türk dilinin Qazax ləhcəsində Orınbor kimi qeyd edilir tarix mənbələrdə. 1734-cü ildə Qazax xanı Əbülxeyr oğlu Yeralı rus imperatiçəsi Anna İonanovnanın sarayına göndərir. Qazaxların karvanların və sərhədlərin təhlükəsizliyini təmin etmələri üçün Or çayı üzərində qala tikmək məsələsi müzakirə olunurdu. Qalanın salındığı çayın adı da türkcədir.
8.) Tümen: Tömen kimi türk ləhcələrində adı keçir. Tümen şəhərinin adı türkcə “tümen” sözündəndir, “on min”, “on minlik ordu” mənasını verir. Bu söz ilk dəfə 683-734-cü illərdə Bilgə xaqanın şərəfinə qoyulmuş abidə kompleksində xatırlanmışdır. Sibir xanlığı 1598-ci ildə süqut etdi və Tümendə ilk rus məskənləri XVII əsrin əvvəllərindən köçməyə başladılar.

RF ərazisinin 20%-i və ya 3,7 mln km2-də türk qurumları yerləşir. Bu qurumlar coğrafi yerləşməsinə görə 3 regiona ayrılır: Şimali Qafqazda (Qaraçay-Çərkəz, Kabarda-Balkanstan); Orta Volqaboyu-Uralda (Tatarıstan, Başqırdıstan, Çuvaş);Sibirdə (Tuva, Altay, Xakasiya, Saxa-Yakutiya respublikaları, Dolqan-Nen muxtar mahalı) muxtar respublikalar var. Şimali Qafqazda, Ukraynada, Moldovada yaşayan kumık, noqay, karaim, qaqauz və s. xalqların özünüidarə hüququ yoxdur.
Bu kimi şəhər, qəsəbə və kəndlərin adı yüzlərlədir. Azərbaycan mediası mütləq bu adlardan istifadə etməlidir.

Prof.Dr.Zaur Əliyev

Chosen
13
veteninfo.az

1Sources