EN

Elçin Əfəndiyevin qızı Azərbaycan Prezidenti və Birinci vitse-prezidentinə təşəkkür edib

Milli Məclisin deputatı Günay Əfəndiyeva ailəsi adından belə bir ağır gündə göstərdikləri dəstəyə görə Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkür edib.

“İki sahil” xəbər verir ki, o, atası, Xalq yazıçısı Elçin Əfəndiyevlə vida mərasimində çox xoşbəxt ailə olduqlarını söyləyib:

"Bu xoşbəxtlik üçün hər zaman atama borclu olacağıq. Onun ziyalılığı, insanlara rəftarı ilə həmişə fəxr etmişik. Atam işıqlı adam idi, bu dünyadan köçsə də, onun işığını hər zaman hiss edəcəyik”.

Chosen
28
8
ikisahil.az

9Sources