EN

İran XİN Vitkoffun Qəzzaya səfərini "şou" adlandırıb

"ABŞ prezidentinin xüsusi elçisi Stiven Vitkoffun Qəzza zolağına səfəri dünyanın diqqətini İsrailin Fələstin anklavında törətdiyi cinayətlərdən yayındırmaq məqsədi daşıyır".

Bakıvaxtı.az "Tasnim"ə istinadən xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi deyib.

Diplomatın sözlərinə görə, Amerika hökuməti iqtidarda demokrat və ya respublikaçı olmasından asılı olmayaraq, həmişə sionist rejimin hərəkətlərini tam dəstəkləyib və buna görə də onun bütün cinayətlərinə görə məsuliyyət daşıyır:

"ABŞ liderinin elçilərindən birinin Qəzza zolağına səfəri Vaşinqtonun sionist rejimin cinayətlərini gizlətmək cəhdlərini açıq şəkildə nümayiş etdirən bir tamaşadır. ABŞ indiyədək Qəzza zolağında soyqırımın dayandırılması və fələstinlilərə yardımın göstərilməsinə çağıran tək bir bəyannamə qəbul edə bilməyib".

Gülşən Şərif

Chosen
6
bakivaxti.az

1Sources