EN

“Hazırlığa ehtiyacı olanlar üçün dövlət ödənişsiz dəstək göstərməlidir” Razi Nurullayevdən TƏKLİF

Gununsesi portalından verilən məlumata görə, ain.az xəbər yayır.

“Əgər məktəblərdə dərslər daha səmərəli və keyfiyyətli təşkil olunsa, valideynlər bu qədər əlavə xərc çəkməyə məcbur qalmazlar. Maddi imkanı olan uşaq hazırlığa gedir, daha çox bal toplayır, digər tərəfdə isə imkanı olmayan ailənin övladı geridə qalır. Bu, gələcəkdə daha ciddi sosial bərabərsizliyə yol aça bilər”.

Bunu Gununsesi.info-ya açıqlamasında Milli Məclisin deputatı Razi Nurullayev bildirib:

“Eyni zamanda, qeyd etməliyik ki, Təhsil Nazirliyi son illərdə bəzi vacib və müsbət addımlar atıb. “STEAM” proqramlarının tətbiqi, “Rəqəmsal bacarıqlar” layihəsi, məktəblərdə yeni kurikulum əsaslı dərs vəsaitlərinin istifadəsi, müəllimlərin diaqnostik və sertifikasiya imtahanlarından keçirilməsi bu istiqamətdə önəmli yeniliklərdir. Həmçinin, müəllimlərin əməkhaqlarında mərhələli artımlar və müasir dərs metodlarının təşviqi də təqdirəlayiqdir.

Amma bu addımlar hələlik kütləvi şəkildə bütün məktəblərə və regionlara tam yayılmayıb. Ona görə də görülən işlərin miqyası daha sürətli şəkildə genişləndirilməli və keyfiyyətli təhsilə hər bir uşağın çıxışı təmin olunmalıdır.

Eyni zamanda, ehtiyac duyan ailələrin övladları üçün dövlət hesabına ödənişsiz hazırlıq dərsləri təşkil edilməlidir. Rəqəmsal dərslər və platformalar bölgələrdə də tam əlçatan olmalıdır.

Təhsil hər bir uşağın bərabər hüququdur. Bu hüquq yalnız ailənin maddi imkanı ilə müəyyən olunmamalıdır. Təhsildə sosial ədalət qorunmalı, keyfiyyətli və bərabər təhsil imkanları hər bir şagird üçün təmin edilməlidir”.

Şəbnəm Rəhimova

Gununsesi.info

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
8
icma.az

1Sources