ain.az, 525.az saytına istinadən bildirir.
Dövlət İmtahan Mərkəzinin (DİM) avqustun 3-də keçirdiyi inzibati vəzifələrin B növünə aid BB qrupu üzrə dövlət qulluğuna qəbul imtahanı və inzibati rəhbər vəzifələrə aid AB, AC və inzibati icraçı vəzifələrə aid BA, BB vəzifə qrupları üzrə dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi imtahanında ümumilikdə 299 nəfər uğur qazanıb.
525.az-a DİM-dən bildirilib ki, dövlət qulluğuna qəbul imtahanı saat 10:00-da başlanıb. İmtahan Bakı və Naxçıvan şəhərlərində kompüterlər vasitəsilə 3 saat müddətində aparılıb. Namizədlər imtahanı yekunlaşdırdıqda və ya imtahan üçün ayrılan vaxt başa çatdıqda nəticələrlə tanış olmaq imkanına malik olublar. İmtahanda 720 nəfər iştirak edib. İmtahanın nəticələrinə əsasən, BB1 altqrupu üzrə 11 nəfər, BB2 altqrupu üzrə 16 nəfər, BB3 altqrupu üzrə 42 nəfər, BB4 altqrupu üzrə 65 nəfər olmaqla, ümumilikdə 134 namizəd uğur qazanıb.
Dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə imtahanda 193 namizəd iştirak edib. İmtahanın nəticələrinə əsasən, AB3 altqrupu üzrə 1 nəfər, AC1 altqrupu üzrə 1 nəfər, AC2 altqrupu üzrə 3 nəfər, AC3 altqrupu üzrə 1 nəfər, AC4 altqrupu üzrə 1 nəfər, BA1 altqrupu üzrə 4 nəfər, BA2 altqrupu üzrə 6 nəfər, BA3 altqrupu üzrə 14 nəfər, BA4 altqrupu üzrə 13 nəfər, BB1 altqrupu üzrə 35 nəfər, BB2 altqrupu üzrə 32 nəfər, BB3 altqrupu üzrə 30 nəfər, BB4 altqrupu üzrə 24 nəfər olmaqla, ümumilikdə 165 namizəd uğur qazanıb.
İmtahanların nəticələri ilə bağlı Apellyasiya Komissiyası avqustun 4-dən 6-dək saat 14:00-dan 17:00-dək DİM-in elektron imtahanlar korpusunda fəaliyyət göstərəcək. Ünvan: Bakı şəhəri, Binəqədi rayonu, Süleyman Sani Axundov küçəsi, 50.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.