EN

Hindistan Rus neftinə alternativ tapdı – kim əvəz etdi?

Hindistanın ən böyük neft emalı şirkəti Indian Oil Corporation (IOC) sentyabr ayında çatdırılmaq şərti ilə ABŞ, Kanada və Yaxın Şərqdən ümumilikdə 7 milyon barel neft alıb. Bu barədə Reuters agentliyi bazar mənbələrinə istinadən məlumat yayıb.

Agentliyin məlumatına görə, Indian Oil şirkəti aşağıdakı həcmdə xam neft tədarük edib:

4,5 milyon barel ABŞ nefti,

500 min barel Kanada mənşəli Western Canadian Select,

2 milyon barel isə BƏƏ-nin Əbu-Dabi şəhərində hasil edilən Das markalı neftdir.

Mənbələrin bildirdiyinə görə, bu qədər böyük həcmdə neft alınması, Rusiyadan idxalın müvəqqəti dayandırılması ilə əlaqədardır. Şirkət rus neftini əvəzləmək məqsədilə alternativ tədarüklərə üstünlük verib.

Indian Oil hələlik bu barədə rəsmi açıqlama verməyib.

//Samir Qurbanov, Editor.az

Chosen
13
editor.az

1Sources