EN

Çində dövlət qulluqçularına “xarici izolyasiya” başladı

Çində

Çin hakimiyyəti dövlət qulluqçularının xaricilərlə təmasını minimuma endirmək üçün məhdudiyyətləri sərtləşdirir. Bu barədə The New York Times yazır. Yeni tədbirlər xaricə səfərlərə qadağanı, pasportların müsadirəsini və sosial şəbəkələrdə ünsiyyətə qoyulan məhdudiyyətləri əhatə edir. Rəsmi şəxslər bu addımları milli təhlükəsizliyin qorunması, korrupsiya ilə mübarizə və xərclərin azaldılması ilə izah edirlər.Bundan əlavə, bəzi yerli idarələrdə dövlət qulluqçularına üç nəfərdən çox şəxslə birlikdə nahar etmək, şəhərdən kənara səfərləri razılaşdırmadan həyata keçirmək, eləcə də xarici universitet məzunlarının bir sıra dövlət vəzifələrini tutması qadağan olunub. Nəşrin qeyd etdiyinə görə, bu məhdudiyyətlər yalnız strateji məlumatlara çıxışı olanlara deyil, müəllimlər, həkimlər və dövlət şirkətlərinin əməkdaşları da daxil olmaqla bütün büdcə işçilərinə şamil olunur.Ulusum.az

Diqqət Çəkənlər

Türk dünyası Levkoşada bir araya gəldi – Azərbaycanlı şairlər beynəlxalq poeziya axşamında - FOTO

Zilviyə – Gəncənin şirin xatirəsi - VİDEO

Yay istisində makiyajı necə təravətli saxlayaq?

Chosen
4
ulusum.az

1Sources