EN

Türkiyə istehsallı popkorm yeməyin: Almaniyada marketlərdən yığışdırıldı

Yazını böyüt
Yazını kiçilt

Avropa Komissiyasının Qida və Yem üçün Sürətli Alert Sistemi (RASFF) vasitəsilə yaydığı son xəbərdarlığı Türkiyə istehsalı olan popkornun orqanizm üçün təhlükəsinə diqqət çəkib.

Hafta.az-ın yazdığına görə, RASFF-nin 31 iyul tarixli bildirişinə əsasən, Türkiyədən Almaniyaya göndərilən popkorn partiyasında yüksək səviyyədə aflatoksin aşkar edilib. RASFF risk səviyyəsini "ciddi" olaraq təyin edib və məhsulun rəflərdən geri çağırılmasını əmr verib.

Aflatoksinlər müəyyən qəliblər (xüsusilə Aspergillus flavus və Aspergillus parasiticus) tərəfindən istehsal olunan yüksək zəhərli və kanserogen maddələrdir. Onlar qidalarda, xüsusilə nəmli və düzgün olmayan saxlama şəraitində əmələ gəlir. Aflatoksinlərə uzunmüddətli və ya yüksək dozada məruzqalma bir çox orqanlara, xüsusən də qaraciyərə ciddi ziyan vura bilər. Qaraciyər xərçəngi ilə birbaşa əlaqəli olduğu bilinən aflatoksinlər ani zəhərlənmələrə də səbəb olur.

Chosen
14
hafta.az

1Sources