EN

Lənkəranda ətraf mühitin qorunması ilə bağlı reydlər keçirilib

Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən digər aidiyyəti dövlət qurumları ilə birgə ətraf mühitin mühafizəsi, ekoloji sabitliyin təmin edilməsi və sanitariya-gigiyena qaydalarına nəzarətlə bağlı profilaktik tədbirlər davam etdirilir.

Doğru.az xəbər verir ki, bu barədə məlumatı Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupu yayıb.

Keçirilən tədbirlər zamanı Xəzər dənizinin sahilboyu ərazilərində, eləcə də istirahət və iaşə obyektlərində məişət tullantılarının müəyyən olunmuş tutumlardan kənar ərazilərə atılması, tullantı suların qanunsuz şəkildə axıdılması və yerin təkindən qanunsuz istifadə halları aşkarlanıb.

Aşkarlanan qanun pozuntuları ilə bağlı ümumilikdə 62 nəfər barəsində qanunvericiliyə uyğun tədbirlər görülüb.

Bundan əlavə, 5 qanunsuz ağac kəsimi faktı üzrə toplanmış materiallar təbiətə dəymiş ziyanın miqdarının müəyyən edilməsi və müvafiq qərarların qəbul olunması üçün aidiyyəti qurumlara göndərilib.

Qeyd edək ki, bu istiqamətdə nəzarət tədbirləri davam etdirilir.

DOĞRU.AZ

Chosen
28
2
dogru.az

10Sources