EN

Rusiyada yaşayan azərbaycanlılara xəbərdarlıq: Cinayət törədənlərin qohumları da...

ain.az, Turkstan.az portalına istinadən məlumat verir.

Ağır cinayətlər törətməkdə təqsirli bilinən miqrantların qohumları Rusiyadan çıxarılmalıdır. Müvafiq qanun layihəsi artıq Dövlət Dumasına təqdim edilib.

Turkustan.az "360.ru"ya istinadən xəbər verir ki, bunu "Ədalətli Rusiya - Həqiqət naminə" partiyasının sədri Sergey Mironov deyib.

Onun sözlərinə görə, sənəd ölkədə və ya xaricdə ağır cinayətlər törətmiş əcnəbilərin Rusiyaya girişinin qadağan olunacağını nəzərdə tutur.

"Bu, məhkumluğun götürülüb-götürülməməsindən asılı olmayaraq baş verəcək", - deyə Mironov əlavə edib. O deyib ki, bu təşəbbüs cinayətlərin sayının azaldılmasına kömək edəcək.

"Təəssüf ki, Mərkəzi Asiya ölkələrindən olan insanların kriminal keçmişi bizim hüquq-mühafizə orqanlarımız üçün ciddi şəkildə qorunan sirrdir. Miqrantların Rusiyaya gəlməmişdən əvvəl öz ölkələrində nə etdiklərini və ya nə işlə məşğul olduqlarını heç kim bilmir", - deyə deputat qeyd edib.

Bununla belə, o, müvafiq qanun layihəsinin baxılması üçün parlamentin aşağı palatasına təqdim edilib-edilmədiyini dəqiqləşdirməyib.

Qeyd edək ki, bundan əvvəl Əmək Nazirliyi rus dilini bilməyən miqrantların işə götürülməməsini təklif edib. Lakin sənəd Rusiyaya miqrantların əksəriyyətini təmin edən ölkələrə - Qırğızıstan, Özbəkistan və Tacikistana şamil edilməyib./publika.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
24
2
icma.az

3Sources