Bakı. Trend:
Trans-Adriatik qaz kəməri (TAP) 2025-ci ilin birinci yarısındaİtaliyanın enerji infrastrukturu operatoru "Snam" şirkətinə 36milyon avro xalis gəlir qazandırıb.
Bu haqda Trendşirkətin maliyyə hesabatına istinadən xəbər verir.
Müqayisə üçün, 2024-cü ilin analoji dövründə TAP şirkətə 33milyon avro qazandırmışdı. Beləliklə, TAP-ın payı illik ifadədə9,1% artıb.
Hesabata görə, 2025-ci ilin ilk altı ayında “Snam” şirkətininassosiasiya olunmuş şirkətlərdə pay iştirakından əldə etdiyi ümumi204 milyon avro xalis gəlirin 17,6%-i TAP-ın payına düşüb. 2024-cüilin birinci yarısında isə TAP-ın payı 157 milyon avro ümumiməbləğin 21%-ni təşkil edib.
Qeyd edək ki, TAP Cənub Qaz Dəhlizinin əsas elementlərindənbiridir və Xəzər dənizində yerləşən Azərbaycan “Şahdəniz”yatağından hasil edilən təbii qazı Avropa bazarlarına nəql edir.Qaz kəmərinin uzunluğu 878 kilometrdir: o, Yunanıstanın Kipoiqəsəbəsində TANAP-la birləşir, Yunanıstan və Albaniya ərazisindənkeçir, Adriatik dənizini aşaraq İtaliyanın cənub hissəsində sonnöqtəsinə çatır.