EN

Yazıçı Anar: "Bu, bəlkə də, mənim üçün taleyin cəzasıdır”

Yazıçı

“Mən ən yaxın dostumu itirdim. Bu, bəlkə də, mənim üçün taleyin cəzasıdır”.

Reyting.az
xəbər verir ki, bu sözləri Azərbaycan Yazıçılar Birliyinin sədri Anar Xalq yazıçısı Elçin Əfəndiyevin vida mərasimində deyib.

Anar dostunun itkisinə görə dərin kədər hissi keçirdiyini bildirib: “Elçin mənim üçün yalnız istedadlı yazıçı yox, həm də çox vəfalı və etibarlı dost idi. İndi bilmirəm kimə zəng edəcəyəm. Artıq neçə illərdir ki, dostlarımın dəfn mərasimlərində çıxış edirəm. Bu mənim üçün çox ağırdır”(“Qafqazinfo”).
Chosen
9
4
reyting.az

5Sources