EN

“Volqa” yerinə “İtil çayı”? – “Rusiyada rəsmi adlarımızı tanımırlarsa...”

“Beynəlxalq hüquq Azərbaycan Respublikasının suveren ərazisi kimi tanındığı üçün rəsmi ad olaraq “Xankəndi” istifadə edilməlidir. Bu, BMT və əksər beynəlxalq təşkilatlarda dəstəklənən hüquqi mövqedir”.

Bunu “Yeni Sabah”a Coğrafiya İnstitutunun böyük elmi işçisi, coğrafiya üzrə fəlsəfə doktoru Natiq Babayev bildirib.

O, toponimlərin yazılışı barədə qaydalardan danışarkən qeyd edib ki, coğrafi adları (yer adları) tarixi, mədəni, etnik və dil amillərinə əsaslanaraq, hökumətlər və ya rəsmi coğrafi qurumlar müəyyən edir: Pepperoni pizza

“Bu adlar daha sonra milli xəritəçilik idarələriində rəsmiləşdirilir. BMT-nin Coğrafi Adların Standartlaşdırılması üzrə Ekspertlər Qrupu (UNGEGN) bu prosesin koordinasiyasını həyata keçirir. Məqsəd coğrafi adların qlobal səviyyədə vahid, aydın və qarışıqlıq yaratmadan işlənməsini təmin etməkdir. 

Azərbaycanda coğrafi adların müəyyən olunması yalnız elmi əsaslara və hüquqi prosedurlara söykənən çoxpilləli bir prosesdir. Bu sahədə həm Nazirlər Kabineti yanında Coğrafi Adlar Komissiyası, həm də Milli Məclis öz səlahiyyətləri çərçivəsində fəaliyyət göstərir. 

Beləliklə, coğrafi adların dəyişdirilməsi nə fərdi təşəbbüslərlə, nə də siyasi motivlərlə həyata keçirilir, bu, yalnız dövlətin təsdiqlədiyi hüquqi və elmi əsaslar əsasında mümkündür”.

Natiq Babayev vurğulayıb ki, yeni coğrafi adların müəyyən olunması və mövcud adların dəyişdirilməsi sahəsində əsas koordinasiyaedici və təklifverici orqan Nazirlər Kabineti yanında fəaliyyət göstərən Coğrafi Adlar Komissiyasıdır: 

Bu komissiyanın tərkibinə dilçilik, tarix və coğrafiya sahələri üzrə alimlər, dövlət qurumlarının nümayəndələri, mütəxəssislər daxil edilir. Komissiya aidiyyəti üzrə təqdim olunan təklifləri müzakirə edir, elmi əsaslandırmalar aparır və nəticədə müvafiq qərar layihəsini hökumətə təqdim edir. 

İnzibati-ərazi vahidlərinin, məsələn, rayon, şəhər, kənd və ya qəsəbələrin – adlarının dəyişdirilməsi və ya yenidən adlandırılması məsələləri Milli Məclisdə qanun layihəsi kimi müzakirəyə çıxarılır. Bu mərhələdə Komissiyanın və Nazirlər Kabinetinin təqdimatı əsasında müvafiq qərar qəbul edilir. Coğrafi adların rəsmi səvvəyə minməsi üçün Milli Məclisin təsdiqi mütləqdir”.

Ekspert Rusiyanın İTAR-TASS agentliyinin Xankəndi adını “Stepanakert” kimi qeyd etməsi ilə yaranan siyasi mübahisəyı aydınlıq gətirib:

“Beynəlxalq hüquq baxımından ərazi Azərbaycan Respublikasının suveren ərazisi kimi tanındığı üçün rəsmi ad olaraq “Xankəndi” istifadə edilməlidir. Bu, BMT və əksər beynəlxalq təşkilatlar tərəfindən dəstəklənən hüquqi mövqedir.

Rusiyanın bəzi media qurumlarının “Stepanakert” adını işlətməsi onların redaksiya siyasətinə və ya siyasi mövqeyinə əsaslana bilər, lakin bu, beynəlxalq hüquqa zidd sayılmır, çünki media hüquqi subyekt deyil. Lakin bu cür ifadələr siyasi mesaj daşıya bilər və diplomatik narazılıqlara səbəb ola bilər”.

Xatırladaq ki, AZƏRTAC dövlət agentliyi TASS-a müraciətində bu sayaq halların təkrarlandığı halda Rusiyada mövcud adların da köhnə təbirlə, “Volqa çayı” əvəzinə “İtil” işlədiləcəyi barədə xəbərdarlıq edib. 

Öz növbəsində, Natiq Babayev bildirib ki, bu, dilçilik və siyasi ritorika səviyyəsində bir etiraz və analoji yanaşma nümunəsidir:

“Yəni əgər siz bizim rəsmi adlarımızı tanımırsınızsa, biz də sizin tarixdəki alternativ adlardan istifadə edə bilərik deməkdir. Bu, beynəlxalq hüquqi nəticə doğurmasa da, simvolik və diplomatik jest hesab edilir”.

Rəvan Rzazadə


Telegram kanalımız
Chosen
21
yenisabah.az

1Sources