Yaxın 20 il ərzində süni intellektin inkişafı səbəbindən bir çox iş yeri tarixə qovuşacaq.
Sfera.az “Yenisabah.az”a istinadən xəbər verir ki, artıq insan əməyini tələb etməyəcək bəzi peşələrin adları müəyyənləşib.
Oksford Universitetinin apardığı araşdırmaya görə, süni intellekt və robot texnikasının inkişafı ilə bəzi peşəkar qruplar 20 il ərzində yox olacaq.
Bir çox sektor, xüsusilə logistika və nəqliyyat sektoru bundan təsirlənəcək. Süni intellektin üstünlük təşkil edəcəyi sahələrdə insan gücünə ehtiyac qalmayacaq.
Gələcəkdə olması gözlənilməyən peşələr bunlardır: Kassir, katiblik, mühasibatlıq, satıcı, sığorta agenti, aqranom.