"Qarabağ" "Şkendiya" səddini keçə bilməsə, mübarizəyə Avropa Liqasında davam edəcək.

Offsideplus.az xəbər verir ki, Ağdam klubunun pley-off mərhələsindəki potensial rəqibləri məlum olub.

Ağdam təmsilçisi "Ludoqorets" (Bolqarıstan) - "Ferentsvaroş" (Macarıstan) cütünün məğlubu ilə oynayacaq.

Görüşlər avqustun 21-i və 28-i tarixlərində keçiriləcək.

Qeyd edək ki, "Qarabağ" Çempionlar Liqasının pley-off mərhələsinə yüksəlməyi bacarsa, eyni cütün qalibi ilə qarşılaşacaq.