EN

Ən məhrəm sözlərimi kimə deyəcəm? Anar AĞLADI+ VİDEO

ain.az, Sfera.az saytına istinadən bildirir.

“Çox ağırdır… Ədəbiyyatımız böyük bir yazıçısını, xalqımız isə dəyərli ictimai-siyasi xadimini itirdi. Yaxınları qayğıkeş ailə başçısını, mən isə ən yaxın dostumu itirdim”.

Sfera.az xəbər verir ki, bu sözləri yazıçı Anar Elçin Əfəndiyevin vida mərasimində çıxışı zamanı deyib.

“Bilmirəm, bu taleyin cəzasıdırmı ki, mən dostlarımın dəfn mərasimlərində çıxış etməli oluram”,- yazıçı bildirib. 

O qeyd edib ki, danışmaq onun üçün çox çətindir:

“Hisslərimi güclə boğaraq bir neçə kəlmə demək istəyirəm. Elçin mənim üçün çox vəfalı, etibarlı bir dost idi. 60 ilə yaxın biz demək olar ki, hər gün ya görüşür, ya yazışır, ya da telefonla danışırdıq. İndi isə sanki heç kim qalmayıb. Bilmirəm, bundan sonra kimə zəng edib ən məhrəm sözlərimi deyə biləcəyəm. Görünür, taleyin ağır imtahanıdır ki, mən dostlarımı dəfn edir, onların dəfn mərasimlərində çıxış etməyə məcbur oluram- daha doğrusu, danışa bilmirəm. Allah Elçinə rəhmət eləsin”.

Xatırladaq ki, Azərbaycanın Xalq yazıçısı Elçin Əfəndiyev ötən gün 82 yaşında dünyasını dəyişib

Fidan Hacızadə

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
5
1
sfera.az

2Sources