EN

Tramp Rusiyanı yenidən sanksiyalarla hədələyib

ABŞ prezidenti Donald Tramp Ukrayna böhranının təyin etdiyi vaxta qədər nizamlanmasına nail olunmasa, avqustun 9-da Rusiyaya qarşı sanksiyalar tətbiq edə biləcəyini təsdiqləyib.

Bakues.az “USA Today”ə istinadən xəbər verir ki, bununla bağlı ABŞ prezidenti Donald Tramp açıqlama verib.

Rusiyanın ABŞ-nin hazırkı administrasiyasının sanksiyalarından yayına biləcəyi ilə bağlı sualını cavablandıran Tramp bildirib ki, bunun baş verməsi üçün insanların ölməsini dayandıracaq bir razılaşma olmalıdır.

Tramp həmçinin bildirib ki, onun xüsusi nümayəndəsi Steven Vitkoff 6-7 avqustda Rusiyaya gedəcək.

Xatırladaq ki, iyulun 14-də Tramp Rusiya və Ukrayna arasında razılığa gəlmək üçün 50 gün vaxtının olduğunu, bundan sonra Moskva və onun ticarət tərəfdaşlarına 100 faizlik ticarət tarifləri tətbiq etmək niyyətində olduğunu bildirib. O, iyulun 29-da nizamlanmada irəliləyişdən məyus olduğunu bildirib və buna görə də müddəti 10 günə qədər qısaldıb.

Asim

 

Chosen
18
48
icma.az

10Sources