EN

Yanlış tərlik seçimi ortopedik problemlərə səbəb ola bilər

Tərliklər günümüzdə geniş yayılmış rahat ayaqqabı növüdür. Xüsusilə isti havalarda ayaqların nəfəs almasına şərait yaradır və geyib-çıxarılması asandır.

Finss.az xəbər verir ki, yanlış tərlik seçimi və uzun müddət istifadəsi ciddi ortopedik problemlərə səbəb ola bilər.

Ekspertlər bildirir ki, başmaq növü tərliklər bədənin mexanikasına mənfi təsir göstərərək, ayaq və digər orqanlarda ağrı və deformasiyalara yol aça bilər.

"Very Well Health" tərəfindən yayımlanan sağlamlıq hesabatına əsasən, sandal tipli tərliklər ayağın qövsünü lazımi səviyyədə dəstəkləmir. Bu, təkcə ayaqlara deyil, həm də dizlərə, ombalara və bel nahiyəsinə mənfi təsir göstərərək, uzun müddətli istifadədə bədən mexanikasının pozulmasına və ağrılara səbəb ola bilər.

Gəzərkən ayağın dabanında yerləşən plantar fassiya toxuması, uyğun dəstək olmadan tərlik istifadə edildikdə iltihablanaraq plantar fasiit xəstəliyinə səbəb ola bilər. Bu zaman xüsusilə səhər yerə ilk addım atarkən kəskin daban ağrısı hiss olunur.

Əksər tərliklərdə idman ayaqqabıları kimi rahat və şok udan altlıq olmadığından, dabanlara düşən təzyiq artır və uzun məsafələrdə sərt səthlərdə gəzərkən ağrıya gətirib çıxarır.

Ayaqlarınıza uyğun olmayan ölçüdə və ya daim sürtünməyə səbəb olan tərliklər kallus (dəridə sərtləşmə) yarada bilər. Bu da təkrarlanan təzyiq və sürtünmənin nəticəsidir.

Mütəxəssislərin tövsiyələri:

  • Tərlikləri yalnız qısa müddət üçün istifadə edin.
  • Gündəlik gəzintilər və uzun müddət ayaq üstə qalma zamanı qövs və dabanı dəstəkləyən idman ayaqqabıları seçin.
  • Ayaq quruluşunuza uyğun ortopedik altlıqları olan ayaqqabılara üstünlük verin.
  • Ayaq sağlamlığınızla bağlı narahatlıq varsa, tərlik seçməzdən əvvəl həkim məsləhəti alın.
Chosen
13
fins.az

1Sources