EN

Böyrəyi dializdən xilas edir: Cəmi 4 manata – ARAŞDIRMA

Böyrək sağlamlığını qorumaq və onların funksiyalarını normal vəziyyətdə saxlamaq həyat keyfiyyətini əhəmiyyətli dərəcədə artırır. 

Ancaq bəzi təbii qidalar böyrəkləri gücləndirmək və daş əmələ gəlməsinin qarşısını almaqda mühüm rol oynayır. Gündəlik qidalanma rejiminizə əlavə edəcəyiniz bu faydalı meyvə böyrəklərinizin sanki bir mexanizm kimi işləməsinə kömək edərək ümumi sağlamlığınızı dəstəkləyə bilər. 

“Cebheinfo.az” xəbər verir ki, ananas yüksək vitamin və mineral tərkibi ilə ümumi sağlamlığı dəstəkləməklə yanaşı, böyrəklərin qorunmasında da əhəmiyyətli rol oynayır. Belə ki, ananasın sağlamlığa, xüsusilə böyrəklərə olan faydaları elmi araşdırmalarla da təsdiqlənib. 

“Sübutlara əsaslanan tamamlayıcı və alternativ tibb” jurnalında dərc olunan araşdırmaya görə, ananas tərkibindəki bromelain fermenti sayəsində həzmi asanlaşdırır, ağrı kəsici xüsusiyyətlərə malikdir və güclü iltihabəleyhinə təsir göstərir. Böyrəklərdə iltihabın qarşısını almağa və böyrək funksiyasının qorunmasına kömək edir. 

Həmçinin, ananas immun sistemini gücləndirən C vitamini ilə zəngindir. Ananasın tərkibində yüksək miqdarda su var. Bu da böyrəklərin normal işləməsinə və orqanizmdəki toksinlərin xaric olunmasına kömək edir. Nəticədə böyrəklərin yükü azalır və böyrək daşı əmələ gəlməsinin qarşısını almaqda rol oynaya bilər. Ananasın sodyum tərkibi aşağıdır, bu da böyrək sağlamlığı baxımından önəmlidir. Həddindən artıq sodyum qəbul etmək böyrəklər üzərində əlavə yük yarada bilər. 

Ananas isə bu yükü azaltmağa kömək edir və orqanizmdə maye balansını tənzimləyir. Ananas C vitamini və digər antioksidantlarla zəngindir. Bu maddələr böyrəklərdə iltihabın qarşısını almağa və hüceyrələrin sağlam qalmasına dəstək olur. Eyni zamanda, ananasın antioksidantları orqanizmdə sərbəst radikallarla mübarizə apararaq böyrək hüceyrələrinin zədələnməsini azaldır. Ananas böyrək sağlamlığını dəstəkləyən təbii və faydalı meyvədir. 

O, böyrəklərin funksiyalarını qoruyur və iltihabı azaldır. Bu meyvəni müntəzəm şəkildə qidalanma rasionuna əlavə etmək böyrəklərin sağlam fəaliyyətini dəstəkləyə və böyrək xəstəliklərinə qarşı qoruyucu rol oynaya bilər. Üstəlik, bu meyvə orqanizmin ümumi sağlamlığını gücləndirən qida dəyərlərinə malikdir. Bu səbəbdən böyrək sağlamlığını qorumaq və gücləndirmək istəyənlər üçün ananas əla təbii seçimlərdən biridir. 

Məlumatlar göstərir ki, ananasın müntəzəm istehlakı həm ümumi sağlamlıq, həm də böyrək funksiyaları üçün olduqca faydalıdır. Qeyd edək ki, hazırda market və bazarlarda bir ədəd ananasın qiyməti endirimli şəkildə 4 manatdan başlayır və 7 manata qədər dəyişir. 

Chosen
1
2
cebheinfo.az

3Sources