EN

Fənərbağça nın azarkeşlərə etmək istədiyi sürpriz mediaya sızdırılıb

ain.az bildirir, Oxu.az portalına istinadən.

Kerem Aktürkoğlunun transferində "Benfika" ilə razılıq əldə edən "Fənərbağça" heyətini daha bir türkiyəli futbolçu ilə gücləndirəcək.

Oxu.Az "SporX"ə istinadən xəbər verir ki, "sarı-lacivərdlər" bu gecə Merih Demiralın da keçidini həll etmək və futbolçunu Türkiyəyə gətirməyi planlaşdırırlar.

Qeyd edək ki, 27 yaşlı müdafiəçi "Fənərbağça"nın yetirməsidir. O, 2011-16-cı illər arasında klubun akademiyasında çıxış edib.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
8
oxu.az

1Sources