Niderland millisinin sabiq hücumçusu Lük de Yonq karyerasını Portuqaliyada davam etdirəcək.
İdmanxeber.az-ın məlumatına görə, 34 yaşlı futbolçu “Portu” ilə müqavilə imzalayıb. O, PSV ilə yollarını ayırdıqdan sonra sərbəst agent kimi komandaya qoşulub.
De Yonq ötən mövsüm Erediviziyada 31 oyunda 14 qol vurub, 8 məhsuldar ötürmə ilə yadda qalıb.