EN

Polis bu ərazilərdə nəzarəti gücləndirib

Polis sahilboyu ərazilərdə ətraf mühitin qorunmasına nəzarəti daha da gücləndirib.

Publika.az xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polis İdarəsi (BDYPİ) məlumat yayıb.

Bildirilib ki, polis əməkdaşları tərəfindən müvafiq dövlət qurumları ilə birgə Xəzər dənizinin sahilboyu ərazilərində ekoloji sabitliyin təmin edilməsi məqsədilə profilaktik tədbirlər davam etdirilir:

“Bakı, Sumqayıt, Xaçmaz, Şabran, Siyəzən, Neftçala şəhər və rayonlarında sahilboyu ərazilərdə aparılan növbəti tədbirlər zamanı məişət tullantılarının təyin olunmuş yerlərdən kənara atılması, tullantı sularının kənara axıdılması, özbaşına tikinti işlərinin aparılması və qadağan olunmuş yerlərdə tütün çəkilməsi halları aşkar edilib.

Chosen
14
19
publika.az

10Sources