EN

Ukrayna bu aerodromu vurdu: 4 təyyarə məhv edildi

Ukrayna qüvvələri Krımdakı Saki aerodromuna PUA zərbələri endirib.

"Bakuinfo" xəbər verir ki, bu barədə Ukrayna Təhlükəsizlik Xidməti məlumat yayıb.

“Aerodromun ərazisinə endirilən zərbə nəticəsində aviasiya silahları anbarı vurulub. Su-30 SM təyyarəsi tamamilə məhv edilib, digəri isə zədələnib. Üç Su-24 təyyarəsi də məhv edilib”, - məlumatda qeyd olunub.

Chosen
40
5
bakuinfo.net

6Sources