EN

Krımda Rusiyanın 5 qırıcısı vuruldu

Ukrayna Krım ərazisində pilotsuz təyyarələrin zərbələri nəticəsində Rusiyanın bir qırıcısının məhv edildiyi və dördünün zədələndiyi barədə məlumat verib.

Olaylar.az "Report"a istinadən xəbər verir ki, bu barədə Ukrayna Təhlükəsizlik Xidmətinin bəyanatında deyilir.

Bəyanatda qeyd olunub ki, hədəflər işğal olunmuş Krımda "Saki" hərbi aerodromuna gecə zərbə endirilməsi nəticəsində vurulub.

"Bir "Su-30SM" qırıcısı tamamilə məhv edilib, daha biri isə zədələnib. Bundan başqa, üç "Su-24" bombardmançı təyyarəsi vurulub ", - bəyanatda bildirilib.

"Saki" aerodromu Qara dənizdə Rusiyaaviasiyasının əməliyyatları üçün əsas baza hesab olunur.

Qiymətləndirmələrə görə, bir "Su-30SM" təyyarəsinin dəyəri 35-50 milyon dollar arasında dəyişir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Chosen
10
7
olaylar.az

10Sources