EN

Oğlunun biabırçı məğlubiyyətinə dözməyən ana aləmi bir-birinə qatdı

Praqada keçirilən "Summer Lions Cup" adlı gənclərarası hokkey turnirində xaos yaşanıb.

Publika.az xəbər verir ki, "United Selects" və "Ice Mammoth" komandaları arasında baş tutan oyun təkcə 0:9 hesablı darmadağınla deyil, həm də gözlənilməz insidentlə yadda qalıb.

Hadisə "United Selects"in aqressiv oyunu və ard-arda aldığı cəzalar fonunda baş verib. Bu gərginliyə dözməyən oyunçulardan birinin anası qəfil buz meydançasına çıxaraq matça müdaxilə edib. Tribunadakı tamaşaçılar, hokkeyçilər və texniki heyət anidən yaşanan bu vəziyyət qarşısında şoka düşüb.

Aydın görünür ki, ana oyunun gedişinə son qoymaq məqsədilə buz meydançasına daxil olub. Təhlükəsizlik işçiləri və təşkilatçılar dərhal müdaxilə edərək qadını meydandan uzaqlaşdırıblar.

Chosen
13
publika.az

1Sources